
Yaxşı, sonra danışarıq, yemək var qazın üstündə, gedim baxım.
Ən doğru, ən sürətli, ən qərəzsiz xəbərlər üçün bizi izləyin.
Aaaa...saat yatıb, budilnik vurmayıb.
Elə indicə evə çatmışam.
Aaa, dünən sənə bir e-maili 5 dəfə göndərdim. Gəlməyib?
Zəng eliyəcəydim eee, bir az işlərim çoxdu, başımı qaldıra bilmirəm heç.
Koroçe, Nabrana gedən yolda 240-ı sıxdım.
Təmiz Çexiya malıdı. Madonnaaaaa... (p.s. Akazıvaetsa, bu heç kitayski də deyilmiş, nə bilim nə zirzibiliskidi?)
Ay daaa... bu maldan qalmayıb e, indicə axırıncını satdım. Dayan, gedim anbara, bəlkə təsadüfən qalıb. (Əlində mal qayıdır və oxuyur)
Hər şeyin ən yaxşısına layiqsən.
Dərs oxuyuram, başqa nə edəcəm ki?
Qəsdən eləmədim.
Ayıb deyil? Heç kimə demərəm.
Mən onu sevirdim? Nə danışırsan? Sifətini görəndə qorxuram az qala eee... (p.s. hirsindən dişi dodaqlarını çeyniyir)
Rəis, canım üçün görmədim STOP-u.
Əla yaraşır sənə. Elə bil əyninə tikiblər koppayoğlunun malın.
Əgər Sizində gündəlik işlətdiyiniz hər hansı bir yalan varsa onda onu öz şərhinizdə bildirməyi unutmayın!!!
|