Şənbə, 21.06.2025, 14:04
EylencE.UcoZ.CoM
| RSS

Saytın Menyusu
Bizim sorğu
Saytımıza hansı ərazidən daxil olursunuz?
Bütün cavablar: 723
Ana səhifə » 2009 » Avqust » 29 » Sevgidən əzab çəkənlərə...
Sevgidən əzab çəkənlərə...
15:06

Sevirsən....Həm də cox... Özünə olan sevgini də unudursan...Başlayırsan bir nəfərə görə yaşamağa.. hər dəqiqə onu düşünür... onun eşqiylə yaşayırsan..sevirsən çünki...
 
Amma bir gün gəlir və bizimki alınmaz deyib tərk edir səni...güya sənin xoşbəxtliyini fikirləşdiyi üçün edir bunu. Başlanır sevgi həsrəti buna layiq olmayan birinə görə..ümidsizliyə qapanır, daha sevməyəcəm hec kəsi deyir, həyata meydan oxuyursan...günahı onda yox ətrafdakılarda və qismətində axtarırsan.

Çünki sən,sən hələ əsl itginin nə olduğunu bilmirsən.

Bilmirsən sevdiyin birini itirmək necə olur.

Bilmirsən sevdiyinə görə burnunun ucu göynəmək necə olur.. sən hələ hec nə bilmirsən...

Həyat sənə şans verdi sevməyə, sevdin amma alınmadı deyə ümidsizliyə qapandın.

Bilmirsən ümidsizlik nədi!

Bilmirsən əbədiyyətə qədər ayrılıq nədi!

Bilmirsən hər ad eşidəndə onundu bilmək, hər oxşar görəndə odu bilmək, hər gələn yolda onu görmək,hər atılan addımı onunku bilmək nədi.

Bilmirsənki bir vaxtlar sənlə olan birini torpağa vermək nədi!

Bilmirsənki əsl sevgi nədi!

Həyatda elə itgilər olur ki tüpürürsən həyata da, sevgiyə də, insanlara da ...nifrət edirsən yaşamağa, hər şeyə, amma nələrəsə görə məcbursan yaşamağa.. əvvəl-əvvəl naşükürlük edirsən, amma soradan dərk edirsən ki bu həyat sənin qismətindi. Dərk edirsən ki yaşamalısan bunu..başlayirsan qaldığin yerdən onsuz yaşamağa.

Səni sevənlərin sənə necə ehtiyac duyduqlarını hiss edəndə başlayırsan böyüklər kimi yaşamağa..o an uşaqlığın gəncliyin alınır əlindən..

Bax, əzizim, budur itgi.. səninki sadəcə sevgi yarasıdı.... amma əbədi itgi deyil ki ümidsizliyə alışasan.

Odur ki həyat davam edir.. qaldıgı yerindən sadəcə onsuz.. sadəcə sənə VƏFASIZ olan birinə görə daima sənə vəfalı olan həyata ümidsiz baxsan nə olar yaşamın mənası, bunu bilirsən?

Düşün bir az dediklərimi, onda nə qədər səhv olduğunu görəcəksən.. əgər həyat səni sevib, sənə yaşamaq şansı verirsə niyə də bundan maxsimum istifadə etməyəsən ki???

Bunu sevdiyi biriylə ayrıldıqdan sonra ümidsizliyə qapılan birilərinə yazıram... Sizcə dəyər?
Fikirlərini bildirənlərə TƏŞƏKKÜR EDİRƏM...
 
Baxılıb: 1206 | Daxil edib: eylence | Reytinq: 4.0/1 |
Bütün şərhlər: 1
24.09.2009
1. feya [Xəbər]
tamam razioyam bu sozlerle.belke o gedenden sonra onsuz sene cetin geler amma heyati hemse yasamaq lazimdi o sizden vaz kecse de heyat sizden vaz kecmiyib deye dusunun.

Şərhi yalniz qeydiyyatda olan istifadəçilər daxil edə bilər.
[ Qeydiyyat | Daxil ol ]

Xəbərlər təqvimi
«  Avqust 2009  »
Bze Ça Çn Ca Şn Bz
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Axtarış
Saytın dostları
Statistika
Administrator Vüqar Məhərrəmov © 2025