Şənbə, 21.06.2025, 03:09
EylencE.UcoZ.CoM
| RSS

Saytın Menyusu
Bizim sorğu
Sən kimsən?
Bütün cavablar: 618
Ana səhifə » 2009 » Fevral » 21 » Lətifələr
Lətifələr
13:37
Bir-birindən GÜLMƏLİ LƏTİFƏLƏR Sizlər üçün... Gəlin bir az gülək
 
 
Aptekdə:

-Sizdə ağ saçlar üçün nəsə varmı?

-Əlbəttə var,dərin hörmət.

 ***

Mağazada:

-Deyirlər sizdə oğurluğun qarşısını almaq üçün alət var.

-Var idi,oğurladılar.

 ***

İki satıcı öz fırıldaqlarından məharətlə danışır:

-Bilirsən,mən bir axmağa kivi adı ilə kartof satmışam.

-Eh bu nədi ki,mən birinə doğurçu adı ilə oyuncaq tutuquşu satmışam.

-Bunun nəyi qəribədi ki?

-Mən sonra ona quş üçün yemək də satmışam.

 ***

Qadın sərxoş ərinə:

-Axı mən sənə demişdim ki,uzaqbaşı 2 parç pivə iç,saat 10-da evə gəl

-Doğurdan,elə demişdin?

-Of.Yenə rəqəmləri qarışıq salmısan.

 ***

Qadın rəfiqəsinə:

-Mənim sevgidə bəxtim gətirmir də!

-Niyə?

-Biri ilə tanış olanda ya görürsən o evli olur,ya da mən ərdə oluram.

 ***

İki rəfiqə söhbət edir:

-Bir falçı mənə deyib ki,gözəl sarışın bir oğlanla tanış olacam.Mən də bilmirəm neyniyim?!

-Nə gözəl.Bu ki yaxşı xəbərdi.

-Hə, amma o mənə demədi öz ərimi neyləyim.

***

Uşaq anasına:

-Ana,atamın başında niyə tük azdı?

-Çünki o çox fikirləşir,ağlı çoxdu.

-Bəs sənin başında niyə tük çoxdu?

-Sən get dərslərivi oxu.Axmaq!

***

Uşaq anası ilə yol gedir.yol boyu uşaq dondurma istəyir,anası isə almır.Uşaq biraz qabaqda lyuku görür,ağlına anasını ora salmaq fikri ağlına gəlir.Bu yolla dondurma alacağını düşünür.Lyuka çatanda uşaq:

-Ana göydə əjdahaya bax!

Ana addımını geniş açıb lyukun üstündən keçdikdə uşaq pərt olur.Bu zaman arxadan şappıltı eşidilir.Çönüb görürlər ki,bir qoca kişi lyukun içindən çıxır:

-Axmaq oğlu axmaq!Göydə də əjdaha olar?!
 
Fikirlərinizi bildirməyi unutmayın!!!
 
Baxılıb: 700 | Daxil edib: eylence | Reytinq: 0.0/0 |
Bütün şərhlər: 2
28.02.2009
2. elcin [Xəbər]
Allah hemishe sizi guler uzlu elesin

21.02.2009
1. samir (samir) [Xəbər]
biggrin biggrin biggrin SAgole yaxsi letifelerdi biggrin

Şərhi yalniz qeydiyyatda olan istifadəçilər daxil edə bilər.
[ Qeydiyyat | Daxil ol ]

Xəbərlər təqvimi
«  Fevral 2009  »
Bze Ça Çn Ca Şn Bz
      1
2345678
9101112131415
16171819202122
232425262728
Axtarış
Saytın dostları
Statistika
Administrator Vüqar Məhərrəmov © 2025