Çərşənbə, 15.05.2024, 06:00
EylencE.UcoZ.CoM
| RSS

Saytın Menyusu
Bizim sorğu
Sən kimsən?
Bütün cavablar: 618
Ana səhifə » 2010 » Yanvar » 26 » Kağız bloknot erası başa çatır
Kağız bloknot erası başa çatır
13:09


Bloknotu əvəz edəcək maye kristal planşet buraxılıb

"Improv Electronics” şirkəti kağız bloknotları əvəz etmək üçün nəzərdə tutulmuş maye kristal planşet təqdim edib.
 
 
Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yeni qurğuda "Kent Displays” şirkətinin istehsal etdiyi "Reflex LCD” səthi istifadə olunub.
 
 
"Reflex LCD” toxunmanı tanıyır və yazılanları saxlamaq imkanına malikdir.
 

Planşetdə yazan zaman enerji sərf olunmur. Enerji sərfiyyatı yalnız silinmə zamanı baş verir. Qurğu 50 min silinmə üçün kifayət edən kiçik batareya ilə təchiz olunub.
 

Yazmaq üçün xüsusi stilusun qurğu ilə birlikdə təqdim olunmasına baxmayaraq, onun əvəzinə istənilən bərk əşyadan istifadə etmək olar. Planşetin üz səthi basılmanın gücündən asılı olaraq müxtəlif qalınlıqlı xətt çəkmək imkanı verir. Lakin onun üzərində yazılanların bir hissəsini silmək mümkün deyil. Həmçinin "Boogie Board” yazılanları digər qurğuya, yəni kompüter, noutbuk və ya mobil telefona hələlik ötürə bilmir.

Yeni məhsul 30 dollara satışa çıxarılıb. Burada həyata keçirilən hər silinmənin qiyməti adi kağız bloknotdakından 15 dəfə daha ucuzdur.

Baxılıb: 2775 | Daxil edib: Farid | Reytinq: 0.0/0 |
Bütün şərhlər: 2
02.10.2010
2. Davud (Davud) [Xəbər]
elaaa bye

22.04.2010
1. RAHIIB (Dragon) [Xəbər]
Pis Deyil wink

Şərhi yalniz qeydiyyatda olan istifadəçilər daxil edə bilər.
[ Qeydiyyat | Daxil ol ]

Xəbərlər təqvimi
«  Yanvar 2010  »
BzeÇaÇnCaŞnBz
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Axtarış
Saytın dostları
Statistika
Administrator Vüqar Məhərrəmov © 2024