Şənbə, 18.05.2024, 08:24
EylencE.UcoZ.CoM
| RSS

Saytın Menyusu
Bizim sorğu
Sən kimsən?
Bütün cavablar: 618
Ana səhifə » 2009 » Yanvar » 31 » Öpüş necə yaranıb?
Öpüş necə yaranıb?
10:52
Öpüş necə yaranıb?

 

Bir çox ekspertlər qeyd edirlər ki, ilk öpüşün müəllifi müəyyən oluna bilməyib.

O digər tapıntılar kimi kəşf olunmayıb.

 

Öpüş, dodaqlarını birləşdirib rəfiqəsinin yanağında xüsusi ahəngli səslə nəm ləkə qoyan insanın adı ilə də adlandırılmayıb.

Əslində, öpüş sözünün yaranmağı heç kimi maraqlandırmır.

Daha maraqlısı odur ki, bu gözəl hərəkət niyə və necə yaranıb?

Antropoloqlar, tarixçilər, filosoflar hələ indiyə qədər bir yekun fikrə gələ bilməyiblər.

Niyə insanlar öpüşür?

Birincisi, bu, cəmiyyət tərəfindən qəbul olunub.

Demək olar ki, dünyanın hər yerində insanlar romantik şəraitə düşdükdə özlərindən asılı olmayan öpüşmək vacibiyyəti hiss edirlər.

Belə bir hissiyat oyanır ki, bütün əkscinsli insanlar öpüş üzrə proqramlaşdırılıblar və elə bu anı gözləyirlər.

İnsanlar televiziyada aktyor və aktrisaların öpüş səhnələrini görür, reklamlarda rast gəlinir, küçədə öpüşən cütlüklər görürük.

Ona görə romantik situasiyaya düşdükdə şüuraltı siqnalla insanda öpüşmək tələbatı yaranır.

Məşhur öpüş rekordsmenləri:

A.E.Volfram adlı bir amerikalı 8 saat ərzində 8001 insanla öpüşüb. Bu hadisə 15 sentyabr 1990-cı il tarixdə onun yaşadığı New Brighton-da təşkil olunmuş Minnesota Rennaissance Festival-da baş verib. Bununla da o, hər 3,6 saniyədən bir yeni insanla öpüşməyə nail olub. :)

Ekranlarda ilk öpüş 1896-cı ildə Tomas Edisonun 30 saniyəlik "Öpüş" videoçarxında Mey İrvin və Con.C.Rayenin iştirakı ilə öz əksini tapıb.

Ən çox öpüş səhnəsi olan film 1926-cı ildə "Warner Brothers" kinokompaniyasının çəkdiyi "Don Juan" olub. Burada 191 dəfə öpüş sayılıb.

Kino tarixində ən uzunmüddətli öpüş 1940-cı ildə çəkilmiş «You’re in the Army Now» filmində Redjis Tumi və Ceyn Vaymen arasında 185 saniyə davam edib. Bu səhnə filmin 4%-ni əhatə edir.
 
Fikirlərinizi bildirməyi unutmayın!
 
Baxılıb: 1893 | Daxil edib: eylence | Reytinq: 0.0/0 |
Bütün şərhlər: 1
06.02.2009
1. jessica (jessi) [Xəbər]
man opushmagi chox seviram. tongue

Şərhi yalniz qeydiyyatda olan istifadəçilər daxil edə bilər.
[ Qeydiyyat | Daxil ol ]

Xəbərlər təqvimi
«  Yanvar 2009  »
BzeÇaÇnCaŞnBz
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Axtarış
Saytın dostları
Statistika
Administrator Vüqar Məhərrəmov © 2024