Şənbə, 18.05.2024, 07:31
EylencE.UcoZ.CoM
| RSS

Saytın Menyusu
Bizim sorğu
Sən kimsən?
Bütün cavablar: 618
Ana səhifə » 2009 » Yanvar » 24 » Mənim Xilaskarim!
Mənim Xilaskarim!
10:23
Mənim Xilaskarım, mənim Allahım

Mənim Xilaskarım!


Düşməni sevməyi öyrədir bizə,
Qonşunu sevməyi öyrədir bizə,
Allahı sevməyi öyrədir bizə
Mənim Xilaskarım, mənim Allahım.

Çıraqtək yanmağı öyrədir bizə,
Nurda yeriməyi öyrədir bizə
Yamanlıq edənə edib yaxşılıq
Qələbə çalmağı öyrədir bizə
Mənim Xilaskarım, mənim
Allahım.

Çətinə dözməyi öyrədir bizə,
Təhəmmül etməyi öyrədir bizə,
Bizi lənətləyən hər bir insanı
Ürəkdən sevməyi öyrədir bizə
Mənim Xilaskarım, mənim
Allahım.

Xeyirxah olmağı öyrədir bizə,
Səbirli olmağı öyrədir bizə,
Həm qəmli, həm də şən günlərimizdə
Şüktranlıq etməyi öyrədir bizə
Mənim Xilaskarım, mənim
Allahım.

Xilqəti sevməyi öyrədir bizə,
Saflığı sevməyi öyrədir bizə,
Vəsiyyət edibən hər birimizə
Qardaşı sevməyi öyrədir bizə
Mənim Xilaskarım, mənim
Allahım.

Ataya-anaya hörmət etməyi,
Göyərçintək məsum olub həyatda
Müqəddəs Kəlamla, Müqəddəs Sözlə
Oturub-durmağı öyrədir bizə
Mənim Xilaskarım, mənim
Allahım.

Qarşımızda gedən nurlu Mayaqsan,
Hər an, hər dəqiqə bizə hayansan,
Başımızın tacı, dərdin əlacı
Əsrlər Soltanı mənim
Allahım.

Kəlamın nemətdir, Kəlamın qüdrət
Kəlamın ürəyə gücdür, qüvvədir
Hər sözün bir inci, hər sözün həyat
Həyat mehrabını öyrədir bizə
Mənim Xilaskarım, mənim
Allahım.

Ucasan, hamıdan ucasan, Rəbbim!
Ucalıq sirrini öyrədir bizə
Göylərin nemətin, göylərin varın
Padşahlıq sirrin öyrədir bizə
Mənim Xilaskarım mənim
Allahım.


Fikirlərinizi bildirməyi unutmayin!!!
 
Baxılıb: 797 | Daxil edib: eylence | Reytinq: 0.0/0 |
Bütün şərhlər: 3
27.01.2009
3. Ruhani [Xəbər]
Alahin sevdiklerinden olasan.!

25.01.2009
2. 35 [Xəbər]
Gozel werdir . Were gore sagol

24.01.2009
1. samir (samir) [Xəbər]
cox sagol

Şərhi yalniz qeydiyyatda olan istifadəçilər daxil edə bilər.
[ Qeydiyyat | Daxil ol ]

Xəbərlər təqvimi
«  Yanvar 2009  »
BzeÇaÇnCaŞnBz
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Axtarış
Saytın dostları
Statistika
Administrator Vüqar Məhərrəmov © 2024