Şənbə, 18.05.2024, 09:40
EylencE.UcoZ.CoM
| RSS

Saytın Menyusu
Bizim sorğu
Saytımıza hansı ərazidən daxil olursunuz?
Bütün cavablar: 723
Ana səhifə » 2009 » Yanvar » 17 » Eurovision-2009 Azərbaycanı təmsil edən müğənni
Eurovision-2009 Azərbaycanı təmsil edən müğənni
16:36
 
 
2009-cu il may ayında Moskvada keçiriləcək “Eurovision-2009” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək müğənni Aysel Teymurzadə bu gün İTV-də Mətbuat konfransı keçirib.
 

 
Daha əvvəllər “Yeni Ulduz” mahnı müsabiqəsindən populyarlaşan gənc ifaçı indiyədək Amerikada üç müsabiqədə iştirak edib və hamısında qızıl medal qazanıb. 19 yaşlı Aysel pianoçu kimi ixtisas alıb, professional musiqiçidir. Jurnalistlərin suallarına cavabında o, psixoloji cəhətdən və peşəkarlıq baxımından müsabiqəyə tam hazır olduğunu bildirib və “Özümə əminəm, birinci yer mənim olacaq” sözlərilə iddialı olduğunu qeyd edib.
 
Xatırladaq ki, 40 nəfər seçim iştirakçıları arasında müğənni Nura, “Yeni Ulduz”lardan Azad Şabanov, Ülviyyə, “Azəri-Star” iştirakçılarından Arzu Seyidzadə, Vüsalə Seyidova, Belarusda yaşayan azərbaycanlı müğənni Günəş, “Akademiya” layihəsinin iştirakçısı Hüseyn Abdullayev və başqaları da olublar. 7 nəfərlik münsiflər heyəti ölkəmizi “Eurovision-2009” mahnı müsabiqəsində Aysel Teymurzadənin təmsil etməsinə qərar verib.
Ona uğurlar arzulayırıq!!!
 
Fikirlərinizi bildirməyi unutmayın!
 
Baxılıb: 1640 | Daxil edib: eylence | Reytinq: 0.0/0 |
Bütün şərhlər: 1
22.01.2009
1. samir (samir) [Xəbər]
Ugurlar teki layiqli temsil etsin wink

Şərhi yalniz qeydiyyatda olan istifadəçilər daxil edə bilər.
[ Qeydiyyat | Daxil ol ]

Xəbərlər təqvimi
«  Yanvar 2009  »
BzeÇaÇnCaŞnBz
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Axtarış
Saytın dostları
Statistika
Administrator Vüqar Məhərrəmov © 2024