Şənbə, 18.05.2024, 08:24
EylencE.UcoZ.CoM
| RSS

Saytın Menyusu
Bizim sorğu
Saytımıza hansı ərazidən daxil olursunuz?
Bütün cavablar: 723
Ana səhifə » 2009 » Yanvar » 17 » Açıq qapı
Açıq qapı
15:50

Gənc bir qız bu günün gəncləri evindən və ata-anasının qoyduğu "qayda-qanunlardan" bezmişdi. O,azad yaşamaq istəyirdi və ailəsinin "təklif etdiyi" həyat tərzi ilə ayaqlaşmaq fikri yox idi. Bir gün isə onlara:"Mən sizin kimi yaşamaq istəmirəm. Bu evdən gedirəm"-dedi və getdi. Artıq o heç kimdən aslı olmayacaq,öz həyatını özü quracaqdı.

Ancaq çox çəkmədi ki,hər şey alt-üst oldu.Çünki iş tapa bilmirdi. Üstəlik, getməyə yeri də yox idi. Çox çəkmədi ki, ucuz insanların əllərində ucuz əyləncəyə çevrildi.

İllər keçdi,atası öldü,anası yaşa doldu və qız seçdiyi bu həyatın pəncəsində qıvrılaraq yaşamağa başladı.

Keçən bu illər ərzində ana ilə qız heç görüşmədi. Nəhayət,ana illər sonra qızının yaşadığı yeri öyrəndi.Bu,onların yaşadığı kənddən çox uzaq olmayan kiçik bir şəhər idi. Ana hər gün o şəhərə gedir,qarşısına çıxanlara ağ düşmüş, gülümsəyən bir qadının şəkli altında bu sözlər yazılmışdır"Səni hələdə çox sevirəm evinə qayıt"......

Aradan bir neçə ay keçdi.Bir gün qız yorğun oturmuşdu.Gözləri divardakı lövhəyə sataşdı. Oradan asılan şəkli gördü. Öz-özünə bəlkəm bu mənim anamdır?dedi. Ayağa qalxdı, şəklin yanına getdi. Anasını tanıdı və şəklin altındakı sözləri oxudu; "Səni hələdə çox sevirəm evinə qayıt"..O,bir tərəfdən şəklə baxır,bir tərəfdəndə göz yaşlarını saxlaya bilmirdi.

Artıq axşam düşmüş və qız evlərinə doğru üz tutmuşdur. Evlərinə çatanda gün yenicə ağarırdı. Həm qorxur, həm də nə edəcəyini bilmirdi. Qapını döymək istəyirdi ki, birdən qapı öz-özünə açıldı. Kim bilir, bəlkə də evə oğrular girmiş anasına bir zərər vermişdilər. Bu fikirlərlə anasının otağına qaçdı. Qapını açanda anası hələdə öz yatağında yatırdı. Anasını oyandırdı və az qala qışqıraraq:"Canım ana! Mənəm! Evimə qayıtdım!"-dedi. Anasıgözlərinə inana bilmirdi. Göz yaşını sildi və onlar bir birinə sarıldılar.

Qız hələ də özünə gələ bilməmişdi.Ona görə uşaq kimi:"O qədər qorxdum ki? Qapı açıq idi kiminsə evə girdiyini və sənə zərər verdiyini düşündüm."-dedi: Anası sakit bir şəkildə cavab verdi:-"Qorxma qızım O qapı sən gedən gündən heç bağlanmadı",...

 

Bu hekayəni yazmağımın səbəbi odur ki, çox gənclər ailəsindən ayrılmaq təkcə yaşamaq fikri var... Siz buna hazırsınızmı?

Fikir bildirin fikriniz olsun!!!!!
 
Baxılıb: 790 | Daxil edib: eylence | Reytinq: 0.0/0 |
Bütün şərhlər: 2
22.01.2009
2. samir (samir) [Xəbər]
Xebere gore tesekkurler maraqlidir ama evden getmeye pis baxiram happy

17.01.2009
1. 35 [Xəbər]
ADMIN VERDIYINIZ SUALIN 2 CAVABI VAR:
1-bu hekayede qiz evden getmeyi ile cox sehv addim atmiwdir. Valideynlerin xeyir-duasi olmadan, komeyi olmadan hec bir yeni-yetme ayaqda qala bilmez. her bir gence valideyn istiqamet vermelidir.
2-variant o zaman olur ki 2 genc aile qurarken artiq oz kicik ailesi olacaq deye ailesinden ayrilmaq mecburiyyetinde qalir. Ve gencler buna hazir oldugu zaman evlenmek qerarina gelir ve bu addimi atirlar.Ve bu zaman VALIDEYNLERIN XEYIR-DUASI COX VACIBDIR

Şərhi yalniz qeydiyyatda olan istifadəçilər daxil edə bilər.
[ Qeydiyyat | Daxil ol ]

Xəbərlər təqvimi
«  Yanvar 2009  »
BzeÇaÇnCaŞnBz
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Axtarış
Saytın dostları
Statistika
Administrator Vüqar Məhərrəmov © 2024