Şənbə, 18.05.2024, 10:48
EylencE.UcoZ.CoM
| RSS

Saytın Menyusu
Bizim sorğu
Necə insan olmaq lazımdır?
Bütün cavablar: 728
Ana səhifə » 2009 » Yanvar » 10 » Çarəsiz sevgilinin öz sevgilisinə yazdığı son məktub
Çarəsiz sevgilinin öz sevgilisinə yazdığı son məktub
10:21

Haykırardım sənə olan hisslərimi əllərimi göylərə qaldıraraq....

Amma çarəsiz

Amma yorğun

Amma bitmiş....

Bir körpənin doluxsunmuş göz yaşları ilə yazacam sənə bu axşam... bir şairin misraları topladığı yaxud bir aşığın mahnısını notla çalmağa çalışması kimi....

Artıq səndən qalanları həyatımın içindən ayıra bilmirəm... Özümü, bir şansımın belə olmadığı kimi hiss edirəm... O qədər çoxsan ki, yaşadığım yerlərdə hər yerdə sən varsan... Səndən qaçmağı, ürəyimdən qurtulmağı bacarmıram. Ürəyimi kimsənin əlinin yetmədiyi, quşların belə uça bilmədiyi bir təpəyə basdırmaq istəyirəm... Elə bir yerə ki, heç kimsəni tapıb səni sevdiyim qədər başqasını sevməyə cəsarət etməsin...

Bir zamanlar xəyallarımda səni andıracaq bir çox şeylər vardı, məsələn səninlə olmaq xəyallarına girə bilmək kimi.. Xəyallarımda senin məni düşündüyünü hiss etmək istər, səninlə həyatımın getdiyi yerə qədər getmək, arxama baxmadan səninlə qoşa addımlamaq istərdim yollarda... Çığırmaq istərdim bəzən səni sevdiyimi, haykırmaq istərdim guya eşidəcəksən deyə... Eşidəcək və mənə gələcəksən kimi xəyallar qurardım... Dedim axı xəyallar... Gün ərzində dəfələrlə güzgünün qarşısına keçib sənə səni necə sevdiyimi deyəcəyimi məşq etdim saatlarla... Sənsə bunu heç zaman ürəkdən söyləməmə icazə vermədin... Günəş köçüb gedərdi bu şəhərdən. Göy üzünə baxar ulduzun axmasını arzulardım bir dilək tutmaq üçün... Arzularımın ən baş kəlməsi sən olardın... Adını cümlələrimə yerləşdirim deyə kimsənin başa düşməyəcəyi sətirlər yazardım... Vərəqlərim birdənə qələmim yorulanadək... Səni yazardım...

Ey unudamadığım adına minlərcə cümlələr yazdığım.. Gəlməyəcəyini bilə bilə yollarına baxdığım... Hardasan? Ürəyimdəki sevdam düşmək üzrə.. Artıq zamanın belə səni mənə gətirəməyəcəyini anladım... İndl ağlımda qalan tək kəlmə sənin adın.. Sətirlərə yadığım tək kəlmə... Yenə sən... Gözlərimin önündəki tək xəyal sən qaldın... Həyatım anlamını itirdi artıq getməliyəm..

Getməliyəm...

Gəlməmiş, görməmiş, hiss etməmiş, yaşamamış.... Getməliyəm…

Unudaraq, unudularaq.. Qurduğum dolu dolu ümidləri itirərək....

Getməliyəm.....

Sizin başınızdan belə bir sevgi keçibmi? Sizcə sevgi bu qədər yandira bilərmi?
 
Dəyərli fikirlərinizi bildirməyi unutmayın!
 
Baxılıb: 763 | Daxil edib: eylence | Reytinq: 0.0/0 |
Bütün şərhlər: 2
12.01.2009
2. 35 [Xəbər]
Hec kese arzulamazdim gozel sevgi yawarken, gozel umidler qurarken sevgi seni yarida buraxsin. Dogurdan insani heyat duwkunluyune salir. Her wey insana maraqsiz gelir.Ona gore heyatda ele birini sevmelisen ki, sen onun yolunda olmeyi duwunerken, O, artiq senin yolunda olmuw olsun.

11.01.2009
1. samir (samir) [Xəbər]
cry sevgi acıda olur şirində cry

Şərhi yalniz qeydiyyatda olan istifadəçilər daxil edə bilər.
[ Qeydiyyat | Daxil ol ]

Xəbərlər təqvimi
«  Yanvar 2009  »
BzeÇaÇnCaŞnBz
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Axtarış
Saytın dostları
Statistika
Administrator Vüqar Məhərrəmov © 2024