Çərşənbə, 15.05.2024, 09:37
EylencE.UcoZ.CoM
| RSS

Saytın Menyusu
Bizim sorğu
Sən kimsən?
Bütün cavablar: 618
Ana səhifə » 2008 » Dekabr » 25 » İmtahan və Səbir
İmtahan və Səbir
20:18
İmtahan və Səbir

Tez-tez eşitdiyimiz və işlətdiyimiz bir cümlə var: “Bu dünya imtahan dünyasıdır”. Nədir bu imtahanın mahiyyəti ki, ondan keçmək üçün bu boyda dünyaya göndərilirik?! İmtahan insanı daim dinamik, aktiv və hər şeyə hazır olmağa vadar edir. Digər tərəfdən, bu imtahanın asan sualları ola biləcəyi kimi, çətinləri də var. Əslində, asanlıq və çətinlik insanın hazırlığından asılıdır. Bəs bu hazırlığa necə nail ola bilərik?

İnsanın qarşısına hər cür sürpriz çıxa bilər. Ona görə də mömin bəndə çox ehtiyatlı bir həyat yaşamalı, nəfsinin arzularına, şeytanın hiylələrinə qarşı daim oyanıq olmalıdır. Mənəvi xəstəliklərin imanın zəifliyindən qaynaqlandığını qəbul edərək Allaha olan bağlılığı daha da möhkəmləndirməliyik. Necə ki, Allah (c.c.) Şura surəsində buyurub: “Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız günahların (etdiyiniz əməllərin) ucbatındandır. (Allah xətalarınızın) bir çoxunu da əfv edər.” Kainatda təsadüf yoxdur. Deməli, müsibətləri də bu baxımdan dəyərləndirməli və nəfsə məğlub olmamalıyıq. Müsibətin insana qazandırdığı nəticəni düşünməliyik . Müsibətin sancılarını xoş bir duyğuya çevirməyin ən münasib yolu və çarəsi səbirdir. Həyat davam etdikcə imtahan da olacaq. Ona görə də səbir insanın çətinliklərə qarşı ayrılmaz silahdaşı olmalıdır. Səbirsiz insan düşməni ilə döyüşə yaraqsız çıxan qəhrəmana bənzəyir, hər an yara ala bilər. Ali-İmran surəsində buyurulub: “Ey iman edənlər! (Dində vacib olan hökmləri yerinə yetirməyin zəhmətinə, düçar olduğunuz bəlalara) səbir edin, (Allahın düşmənlərinə qələbə çalmaq uğrundakı müharibə və döyüşlərdə sizə üz verən müsibət və çətinliklərə) dözün, (sərhəd boyu növbədə durub cihada) hazır olun və Allahdan qorxun ki, bəlkə, nicat tapasınız!”

Günahlara qarşı səbir göstərərək daim tövbə etməli və etdiyimiz günahları bir daha təkrarlamamalıyıq. Müsibətlərə qarşı səbirli davranıb, onların Allahdan (c.c.) gəldiyini anlamalıyıq. Ən əhəmiyyətli səbirlərdən biri də ibadətlərin zahiri ağırlıqlarına qarşı səbirdir. Oruc və namaz kimi ibadətlərin nəticəsini düşünərək səbir etməliyik. Səbir o zaman zəifləyir ki, onun gücünü bu günə və gələcəyə paylayırıq. “Ömür boyu namaz qılmaq, oruc tutmaq, zəkat verməkmi olar?” deyib gələcəyi düşünmək səbrin gücünü parçalamaqdır. Yaşanan an üçün səbirli olmalıyıq. Hz. Nuh (ə.s.) tufan, Hz. Eyyub (ə.s.) - yara, Hz. İsa (ə.s.) təhqirlər, Hz. Məhəmməd (s.ə.s.) qovulma, döyülmə kimi imtahanlardan səbir vasitəsilə çıxdılar və cənnətlə şərəfləndilər. Unutmamaq lazımdır ki, Allah (c.c.) ən çox sevdiyi qullarının başına müsibətlər gətirir.
ALLAH (c.c.) səbrimizi artırsın!AMIN!!!
 
Fikirlərinizi bildirməyi unutmayın!
 
 
Baxılıb: 1167 | Daxil edib: eylence | Reytinq: 0.0/0 |
Bütün şərhlər: 2
27.12.2008
2. askal [Xəbər]
AXIRKI SEYTANIN AYAGINI QIRDIN

26.12.2008
1. samir (samir) [Xəbər]
ALLAH hamiya sebr versin.Heyatda Duzgun qerarlar verek

Şərhi yalniz qeydiyyatda olan istifadəçilər daxil edə bilər.
[ Qeydiyyat | Daxil ol ]

Xəbərlər təqvimi
«  Dekabr 2008  »
BzeÇaÇnCaŞnBz
1234567
891011121314
15161718192021
22232425262728
293031
Axtarış
Saytın dostları
Statistika
Administrator Vüqar Məhərrəmov © 2024