Çərşənbə, 15.05.2024, 07:06
EylencE.UcoZ.CoM
| RSS

Saytın Menyusu
Bizim sorğu
Sən kimsən?
Bütün cavablar: 618
Ana səhifə » 2008 » Dekabr » 18 » Lionel Messinin karyerasi
Lionel Messinin karyerasi
13:56
İlin ən yaxşı oyunçusu Lionel Messi

 
Lionel Messi 5 yaşında atasının məşqçilik etdiyi "Grondoli" klubunda futbol oynamağa başlayıb. 1995-ci ildə, 11 yaşında Messi "Newell's Old Boys" klubuna keçir. Klubun həkimləri isə ona "İnkişafdan qalma" diaqnozu qoyurlar. Bu ərəfədə Argentinanın məşhur "River Plate" klubu onu almaq istəyir. Lakin onun müalicəsi üçün aya 500 dollar vermək lazım idiki, klubda bununla razılaşmaq istəmirdi. Hər şeyin müəmmalı qaldığı bir vəziyyətdə "Barselona"nın idman direktoru Carles Rexach Messi-nin oyununu görür və onunla müqavilə bağlayır. Bundan sonra "Barselona" bütün müalicə xərclərini öz üzərinə götürür və Messi ailəsi ilə birlikdə avropaya köçür. Burda yeni həyata qədəm qoyan Messi klubun gənclər komandasında çıxış etməyə başlayır.

Messi klubda ilk debüt oyununu 16 oktyabr 2004-cü ildə Espanyol komandasına qarşı keçirir. Bu zaman o klubun heyətində çıxış edən ən gənc oyunçu kimi tarixə düşür. Albacete klubu ilə oyunda ilk qolunu vuran zaman onun cəmi 17 yaşı var idi. Və Messi "Barcelona" klubunun tarixinə ən gənc qol vuran oyunçu kimi düşdü.

16 sentyabr 2005-ci ildə klub Messi ilə 2014-cü ilə qədər müqavilə bağladı. Həmin mövsüm sentyabrın 27-də o ilk dəfə Çempionlar Liqasında çıxış etdi. Bu zaman gözəl ötürmələri və meydanda Ronaldinyo ilə gözəl anlaşması 70 minlik Nou Camp stadionunun ayağa duraraq onu alqışlaması ilə nəticələndi. Həmin ilin dekabrında İtaliyanın "Tuttosport" jurnalı ona "Golden Boy 2005" mükafatını verdi.

18 aprel 2007-ci ildə "Getafe" klubu ilə qarşılaşmada o 2 qol vurdu. Qollardan biri Maradonanın 1986-cı ildə İngiltərəyə vurduğu məşhur qolun təkrarı idi. O təxminən eyni məsafəni qaçdı (62 m), eyni sayda oyunçuları keçdi (6 oyunçu) və qolu eyni vəziyyətdən vurdu. Sonda isə bayrağ tərəfə qaçaraq, Maradona 21 il əvvəl etdiyi kimi qolu bayram etdi. Bu zaman dünya mətbuatında Messi və Maradona müqayisəsi qızışmağa başladı. İspaniya jurnalistləri ona "Messidona" ləqəbini verdilər. Sonralar "Espanyol" klubu ilə oyunda əl ilə vurduğu qol Maradonanın ayrı bir məşhur qolunun: "Tanrının əli" qolunun daha təkrarı oldu.

Bu il İspaniyanın "Marca" jurnalı 77 faiz səslə onu ilin ən yaxşı oyunçusu seçdi. Dünyaca məşhur futbolçular Ronaldinho, Samuel Eto'o, Frank Rijkaard, Víctor Fernández, Bernd Schuster, Guti, Raul, Gianluca Zambrotta, Francesco Totti, Antonio Cassano, Diego Maradona and Pelй onu ilin ən yaxşı oyunçusu mükafatına ən real namizədlərdən biri hesab edirlər.
Messi yüksək texnikası, driblinqi, ötürmələri ilə seçilir. Hal hazırda dünyanın ən güclü futbolçularından biri sayılır və ilin futbolçusu seçilməyə ən real namizədlərdən biridir.
 
Fikirlərinizi bildirməyi unutmayın!
Baxılıb: 788 | Daxil edib: xaker | Reytinq: 5.0/3 |
Bütün şərhlər: 4
08.09.2010
4. MESSİ [Xəbər]
BARCELONA YEKDIR MESSIIYLƏ BƏRABƏR. MESSİ MƏNİM ÜÇÜN DÜNYANIN ƏN YAXŞI OYUNÇUSUDUR.MƏN İNANMIRAM ƏN YAXŞISI OLSUN

01.08.2009
3. ASIf_8km from the ADIU-Kredit [Xəbər]
VIVA MESSI VIVA BARCA !!!

20.04.2009
2. Rovshan [Xəbər]
messi ilahinin futbola bexsh etdiyi en boyuk nemetlerden biridir.
barcelona ise hemin nemete sahib oldugu ucun muqeddes klubdur.
BARCELONA-MESSI-ROVSHAN-SURAXANI-AZ.DOV.IQTISAD.UNI-TI

19.02.2009
1. barcelonalı xeyal [Xəbər]
barca yekdir ne man unt ne de başqası realıda məğlub etdi fcb.Çünkı o yekdir yeksen messi En büyük barca................

Şərhi yalniz qeydiyyatda olan istifadəçilər daxil edə bilər.
[ Qeydiyyat | Daxil ol ]

Xəbərlər təqvimi
«  Dekabr 2008  »
BzeÇaÇnCaŞnBz
1234567
891011121314
15161718192021
22232425262728
293031
Axtarış
Saytın dostları
Statistika
Administrator Vüqar Məhərrəmov © 2024