Cümə axşamı, 16.05.2024, 21:23
EylencE.UcoZ.CoM
| RSS

Saytın Menyusu
Bizim sorğu
Necə insan olmaq lazımdır?
Bütün cavablar: 728
Ana səhifə » 2008 » Noyabr » 8 » 5 hərflik sevgi...
5 hərflik sevgi...
19:11
Sevgi 5 hərflik sözdür. Amma uğrunda canlar verilən, dağlar dəlinən, hər cür əzablara dözüləndir. Nədir sevgi?

Əllə tutulmur, gözlə görülmür. Onu hiss edən yeganə varliq qəlbimizdir. Sevgi qəlbin sürətlə vurması, dilinsə ona inad susmasıdır. İçində tufanın qopması, vulkanın püskürməsi üzündəsə sadəcə məsum bir ifadədir. Gözlərdə baçlayan qığılcım sinələrdə tutuşdurduğu kiçik bir alov, sonraysa böyük bir tonqaldır sevgi. Həm canlandıran həm də yandıran. Bəzən gözlərimizdən axan iki damladır sevgi.İstək və həsrət dolu.... Bəzən dodaqdan çıxan iki kəlmə söz, bəzən siqaretdə közdür sevgi. Sən əlindəkini o da səni bitirir. Hər gecə yatağına uzandıqda qurduğun xəyallardır sevgi. Yaratdığın ümidlər və etdiytin dualardır. Hərdən uğrunda ölmək hərdən uğruna yaşamaqdır sevgi. İstidə donmaq, soyuqda yanmaqdır sevgi. Hər an onunla yaşamaq,onsuz olsan belə onunla olmaqdır sevgi. Sevgi 5 hərfə bütün dünyanı sığdırmaqdır. Günəşi bir əlində, ayı digər ovcunda tutmaqdır. Qəlbinə yalnız onun möhrünü vurmaqdir. Gözlərinə dağ basıb ondan başkasına kor olmaq, baxdığın hər yerdə onu görmək, qulaq verdiyin hər səsdə onu dinləmək, könlü xoş olsun deyə onun üçün gülmək, içində ağlamaqdır sevgi. Baxışlarınla səni sevirəm deyə bilmək, kömür kimi közərsən də, hirsini boğub sakitcə sönmək, köksündə bir ürək kimi döyünməkdir sevgi. Sevgi laldır,sevgi səssızdir, o, həm damladır, həm də dənizdir. Bilmirəm nədir sevgi.Amma onu bilirəm ki, o, həm səninlədir, həm də səssisdir. Qəlbimizə qoyulan dəri bir izdir sevgi. Sevgi sadəcə bizə aid olan və heç bir riyazi məntiqə sığmayan

1+1=1

bərabərsizliyinin həllidir və dəyişməzdir. Mən bircə onu bilirəm ki, sevgi bizim oz əlimizdədir. Onu yaşatmaq, böyütmək.....
SEVGİ MÖVCUDDUR VƏ HƏR BİRİMİZ ONA MÖHTACIQ.....
Şərh yazmağı unutmayın!
Baxılıb: 1230 | Daxil edib: eylence | Reytinq: 5.0/1 |
Bütün şərhlər: 3
15.11.2008
3. 35 [Xəbər]
"Sevdinse 5 il ne, 15 il ne nedir? butun omrun boyu gozleyeceksen!
Ne boyda zulm etse sevgilin sene Sevdinse "her zulme doz" deyeceksen...!!!"
Bax iwte budur sevgi. Sevdiyin insanin her zulmune dozub Tabe olmaq, onun pis ve yaxwi xususiyyetlerini qebul etmek. Sevgi ele bir hissdir ki insani onun qeder YUKSELDEN ve onu qeder ALCALDAN hec bir wey yoxdur dunyada. Sevgiye dair cox soz soylemek olar. Sadece olaraq o ela bir hissdir ki, onu ancaq yawamaq lazimdir...................
Her kese SAF, TEMIZ SEVGI arzulayiram!

12.11.2008
2. askal [Xəbər]
deyesen senin esqin bashiva vurub tepiyinen

11.11.2008
1. 374 [Xəbər]
Qaga senin ishun yoxdur?Sen deduyun sevgi Romeo & Juliet-de qaldi.Bu cur sey sheylerin temasini sene Reshad deyer.

Şərhi yalniz qeydiyyatda olan istifadəçilər daxil edə bilər.
[ Qeydiyyat | Daxil ol ]

Xəbərlər təqvimi
«  Noyabr 2008  »
BzeÇaÇnCaŞnBz
     12
3456789
10111213141516
17181920212223
24252627282930
Axtarış
Saytın dostları
Statistika
Administrator Vüqar Məhərrəmov © 2024