Cümə axşamı, 16.05.2024, 22:42
EylencE.UcoZ.CoM
| RSS

Saytın Menyusu
Bizim sorğu
Necə insan olmaq lazımdır?
Bütün cavablar: 728
Ana səhifə » 2008 » Noyabr » 2 » Əgər istəsən...
Əgər istəsən...
18:10

Əgər istəsən...

Bir gün qaranlıq gecə səni darıxdırsa, işıq istəsən gözümün işığını istə, verərəm! Mən ki, sənsiz heç nə görmürəm. Bəlkə kor olduğumu ondan sonra biləm. Xatirələr olar əl ağacım, əgər istəsən...

Yalqızlıq bir gün səni üşütsə, qorxma, ürəyimi istə. Verərəm ürəyimi oduyla, atəşiylə. Soyuyaram, payız yarpağı kimi quruyaram, ümidsiz-ümidsiz əsərəm. Bəlkə onda yalqızlığımla barışam....

Bir gün sakit həyatından yorulub sevinc, gülüş istəsən-dayanmaram, yanına uçaram qanadlı quş kimi. Dodaqlarına tapşıraram bir ömrümün şəlalə sevincini. Sonra sakit axan çay kimi susaram. Kədər külək kimi qanadlarımı sındırsa da nə qəm, sən ki sevincimlə qəm bilmirsən. Bu mənə bəsdir...

 

Bir yay axşamı sərinlik istəsən, ahımdan qaralıb göydə bulud ollam, yağış kimi səpələnib saçlarını, sinəni isladaram. Son damlama qədər yağaram. Bəlkə onda göz yaşlarım birdəfəlik quruyar...

Məhəbbət bağçasında bülbülü eşitmək istəsən, tələsmə. Ürəyimdə məhəbbətimin yanıqlı laylası var. Dodaqlarımda həzin-həzin səsi var. Bülbül eşitsə ağlayar. Sənə bağişlayaram məhəbbətimin səsini. Bəlkə onda lal ollam, kədərli mahnılar oxumağı unudaram...

Bir gün insafa gəlsən məndən xatirə istə. Sənsiz keçən günlərimi kitab kimi vərəqləsən halıma yanarsan. Bir gün öz ədalət taxtına çıxıb məni həqiqət kimi çağırarsan. Bir insaflı günündə məni həyata qaytararsan, qüdrətinə inandırarsan, əgər istəsən...

Məndən həyatımı istə, sənindir. Yol ayrıcında tələsib dəsmal istəmə, onsuz da nəmdir. Mənə ölüm dilə, ayrılmaq demə...

Şərh yazmağı unutmayın!

Baxılıb: 1384 | Daxil edib: eylence | Reytinq: 5.0/1 |
Bütün şərhlər: 2
04.11.2008
2. 35 [Xəbər]
Heqiqeten de insan sevince nelere qadirdir....???!!!

04.11.2008
1. askal [Xəbər]
agsaqal hamisin verdin bes ozuve ne qaldi
bele olmaz qoy her sey tersine olsun onda daha maragli olar

Şərhi yalniz qeydiyyatda olan istifadəçilər daxil edə bilər.
[ Qeydiyyat | Daxil ol ]

Xəbərlər təqvimi
«  Noyabr 2008  »
BzeÇaÇnCaŞnBz
     12
3456789
10111213141516
17181920212223
24252627282930
Axtarış
Saytın dostları
Statistika
Administrator Vüqar Məhərrəmov © 2024