Cümə axşamı, 16.05.2024, 08:06
EylencE.UcoZ.CoM
| RSS

Saytın Menyusu
Bizim sorğu
Necə insan olmaq lazımdır?
Bütün cavablar: 728
Ana səhifə » 2008 » Oktyabr » 21 » Yuxuna gələcəyəm...
Yuxuna gələcəyəm...
21:42

Mən bu gecə sənin yuxuna gələcəyəm... qapını döymədən, barmaqlarımın ucunda sənin sirli və sehrli aləminə gizlincə daxil olacağam. Ehtiyatla, həssaslıqla gələcəm ki sənin yuxunu qaçirmayım, sənin hisslərinə mane olmayım. Mən dünyanı sənin gözlərinlə görəcəyəm bir gecə, sənin ağrılarını səninlə birlikdə hiss edəcəyəm, səninlə birlikdə sevinəcəyəm, səninlə birlikdə kədərlənəcəyəm. Səninlə birgə ağlayacağam, səninlə birgə güləcəyəm.

 

Sonra isə qəlbindəki bütün acıları, yaddaşındakı bütün inciklikləri siləcəyəm. Bütün dərdlərini özümə götürəcəyəm.

Onların əvəzinə sənə təbəssümümü bağışlayacam...ürəyini isitsin deyə!

Ürəyimin döyüntüsünü sənə verəcəm...yenidən sevməyi bacarasan deyə!

Yüngülcə dodaqlarına toxunacam,külək kimi...səmimiyyət nədir yadına salasan deyə!

Bir anlıq sənə sıxılacam...ümidini və inamını qaytara biləsən deyə!.

Səhərəcən sənin yuxunu qoruyacam sənə sakitlik bəxş edərək.

Sonra isə gülümsəyən, qayğısız sifətinə səssizcə, sevgiylə nəzər salaraq necə gəlmişdimsə eləcə də hiss etdirmədən çıxıb gedəcəyəm...mənsiz yaşaya biləsən deyə!

İnsan gündəlik həyatından gəlib keçənləri gecə yuxusunda bir daha yaşaya bilir deyirlər.İradəli adamlar hətta yuxularına da hakim ola bilir deyirlər. Yuxulariniza inanırsınızmı? Həyatınıza təsir edirmi yuxular?Yuxularınıza hakimsinizmı? Bəs başqalarının yuxularına hakim ola bilərsinizmi?
Şərh yazmağı unutmayın!!!
Baxılıb: 1019 | Daxil edib: eylence | Reytinq: 0.0/0 |
Bütün şərhlər: 1
22.10.2008
1. 35 [Xəbər]
Bu movzunuzu cox beyendim deye bilerem ki tam mene aiddir. Beli men yuxularima inaniram. Hetta hardasa nese bir wey hadise baw veribse demek olar ki o menim yuxuma girir. Ona gore yuxuya inaniram. Bir de ki, movzunuz da cox gozeldir demek olar ki, INSANI SAKITLEWDIRIR...

Şərhi yalniz qeydiyyatda olan istifadəçilər daxil edə bilər.
[ Qeydiyyat | Daxil ol ]

Xəbərlər təqvimi
«  Oktyabr 2008  »
BzeÇaÇnCaŞnBz
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Axtarış
Saytın dostları
Statistika
Administrator Vüqar Məhərrəmov © 2024