Cümə, 17.05.2024, 01:43
EylencE.UcoZ.CoM
| RSS

Saytın Menyusu
Bizim sorğu
Saytımıza hansı ərazidən daxil olursunuz?
Bütün cavablar: 723
Ana səhifə » 2008 » Oktyabr » 10 » Sevginin ölçü vahidi
Sevginin ölçü vahidi
19:06

Əzizim!

Mən istəyirəm ki, sən heç vaxt mənim ürəyimi parçalayan bu ağrını hiss etməyəsən...

Mən hələ indi bilirəm ki,ürək sınanda necə ağrılı olurmuş...

İnan,mən səni heç nədə günahlandırmıram, sən mənimlə çox səmimi oldun... hamı ilə olduğu kimi... Təbəssümlə sənin gözlərinə baxıram, deyirəm ki bircə onların ardınca uçuruma yuvarlanmayım...

Qoy hər şey olduğu kimi qalsın. Özüm günahkaram. Möcüzələrə inanırdım. Sən sadəcə bilmirdin ki, mən səni necə sevirəm...

Susuram! Çünki bu sözü sənə demək olmaz. Artıq gecdir, qadağandır. Mən səni unudacam! Mən heç vaxt ağlamayacam. Hətta ağlasam belə sən bunu heç vaxt bilməyəcəksən...

Əzizim!

Amma mən sənin gözlərini unutmayacam, sənin təbəssümünü unutmayacam, sənin səsini-mənə doğma səsini heç vaxt unutmayacam.

Bilirsənmi göz yaşlarını gizlədərək gülümsəmək necə çətindir. Ümid edirəm ki, sən bunu heç vaxt bilməyəcəksən... Çox sağ ol ki, mənim həyatımda varsan. Mənə çox şey öyrətmisən, mən sanki başqa adam olmuşam, böyümüşəm. Mən xoşbəxtliyin nə olduğunu səninlə bilmişəm. Çünki heç nəyə baxmayaraq sən bir azca mənimsən, mən də bir azca sənin. Səni düşünərkən sifətimdə işıqlı bir təbəssüm yaranır.Ürəyimdən isti bir duyğu keçir.

Səni çox istəyirəm. Bütün yazdıqlarımı zəif bir insanın könül çırpıntıları hesab eləmə. Mən zəif insan deyiləm. Sevənləri həmişə zəif hesab edirlər. Onlar zəif olmur, həssas olur, kövrək olur, diqqətli, anlayışlı olur və güclü olur. Sevməyi bacaran insan həyatın dəyərini bilir, nə üçün yaşadığını bilir. Nə üçün mübarizə aparacağını bilir. Mübarizə etməyi bacaranlar isə güclü olur.

Mən bütün qəlbimi, canımı verərək sevməyi bacarıram, mən sevdiyim adam üçün yaşamağı bacarıram. Amma mən həm də səni heç tanımırammış kimi üz döndərib özüm üçün yaşamağı da bacararam. Güclü insan hər bir vəziyyətdə güclüdür,əgər səni belə insan sevibsə o səni sevdiyi üçün zəif olmayacaq. O çox şeyi bağışlayacaq, Amma əgər sən vaxtında dayanmağı bacarmasan o daha da güclü olacaq. Sən ona kömək edəcəksən bu işdə. Yadda saxlayın,belə insanlar sizi dünyanın xoşbəxti edə bilər, eyni zamanda bədbəxt də edə bilər. Çünki onların sevgisini bir dəfə itirdinizsə heç vaxt qaytara bilməzsiniz. Onlar həyat kitabından lazımsız olan səhifəni cırıb ata bilirlər, yaddaşlarındakı obrazı silə bilirlər. Onlar həyatın və özünün dəyərini bilirlər. Əgər sənin dəyərin onların dəyərindən aşağı düşəcəksə, inan, artıq olanları geri qaytara bilməzsən. Əgər sənin dəyərin elə əvvəldən aşağı idisə, sənə olduğundan artıq dəyər verilmişdisə sonda sənin dəyərsizləşmən gedəcək, sən onların kursuna çata bilməyəcəksən! Bir gün anlayacaqsan ki, sən ÖZÜNDƏ NAĞILSAN!!!

 

Siz sevgilinizə hansı kursla dəyər verirsiniz?

 

Sevginin dəyəri necə ölçülür?

 

Bəlkə siz deyəsiniz sevginin ölçü vahidi varmı, varsa nədir?
Baxılıb: 2671 | Daxil edib: eylence | Reytinq: 0.0/0 |
Bütün şərhlər: 1
10.10.2008
1. 35 [Xəbər]
sevginin deyerinin olcusu yoxdur!!! Olsa da hec bir olcu vahidi yoxdur ki, onun deyerinin olcusunu olcsun....

Şərhi yalniz qeydiyyatda olan istifadəçilər daxil edə bilər.
[ Qeydiyyat | Daxil ol ]

Xəbərlər təqvimi
«  Oktyabr 2008  »
BzeÇaÇnCaŞnBz
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Axtarış
Saytın dostları
Statistika
Administrator Vüqar Məhərrəmov © 2024