Şənbə, 21.06.2025, 09:27
EylencE.UcoZ.CoM
| RSS

Saytın Menyusu
Bizim sorğu
Sən kimsən?
Bütün cavablar: 618
Ana səhifə » 2009 » Dekabr » 8 » Ən etibarlı noutbukların adları açıqlandı
Ən etibarlı noutbukların adları açıqlandı
07:47
Ən etibarlı noutbuk...  "Square Trade" şirkəti onların etibarlılıq səviyyəsini araşdıraraq öz hesabatında bildirdi...

 
 
 
Ən etibarlı noutbuklar "Asus” şirkətinin istehsal etdiyi portativ kompüterlərdir.
 
 
Orta hesabla üç il ərzində "Asus” noutbuklarının cəmi 15,6 faizində problemlər olur. Bu barədə 9 şirkətin istehsal etdiyi 30 min noutbukun etibarlılıq səviyyəsini araşdıran "SquareTrade” şirkətinin hesabatında bildirilir.
 

Siyahının ikinci pilləsində "Toshiba" noutbukları yer alıb
Zəmanət üzrə üç il ərzində bu portativ kompüterlərin 15,7 faizində nasazlıqlar qeydə alınıb.

Etibarlılıq reytinqinin üçüncü yeri 16,8% göstərici ilə "Sony” noutbuklarına məxsusdur
"Apple” noutbukları dördüncü yerdədir
Üç il ərzində onların 17,4, iki il ərzində isə 10 faizində problemlər yaşanır.

Reytinqin beşinci pilləsində 18,3 faiz zəmanət müraciəti ilə "Dell” şirkətinin portativ kompyuterləri
Altıncı yerdə isə 21,5 faizlə "Lenovo” yerləşdirilib.
"SquareTrade”nin təqdim etdiyi siyahıda yeddinci yer "Acer” noutbuklarına məxsusdur

Üç il ərzində onların 23,3 faizi zəmanət təmirinə gətirilir.
Səkkizinci yerin sahibi isə 23,5 faizlə "Gateway” noutbuklarıdır

9 kompüter istehsalçısının yer aldığı etibarlılıq siyahısının sonuncu pilləsində "HP” şirkətinin noutbukları yer alıb.İki il ərzində satılmış "HP” noutbuklarının 15 faizi, üç il ərzində isə 25,6 faizi zəmanət təmirində olur.

"SquareTrade”də qeyd edirlər ki, istənilən istehsalçının nasaz noutbuklarının sayı bir illik istifadədən sonra xeyli artır. Şirkətin hesabatında qeyd olunur ki, alınandan bir il sonra 4.7% portativ kompüterdə problemlər yaranır. İkinci ildə bu rəqəm 12,7 faizədək arta bilər. Üçüncü istifadə ilində isə satılan noutbukların 20,4 faizi zəmanət təmirinə gətirilir.

Tədqiqatçılar həmçinin bildiriblər ki, nasazlıqlar noutbuklardan daha çox olur.
 
Baxılıb: 1206 | Daxil edib: eylence | Reytinq: 5.0/1 |
Bütün şərhlər: 0
Şərhi yalniz qeydiyyatda olan istifadəçilər daxil edə bilər.
[ Qeydiyyat | Daxil ol ]

Xəbərlər təqvimi
«  Dekabr 2009  »
Bze Ça Çn Ca Şn Bz
 123456
78910111213
14151617181920
21222324252627
28293031
Axtarış
Saytın dostları
Statistika
Administrator Vüqar Məhərrəmov © 2025