Şənbə, 21.06.2025, 09:22
EylencE.UcoZ.CoM
| RSS

Saytın Menyusu
Bizim sorğu
Sən kimsən?
Bütün cavablar: 618
Ana səhifə » 2009 » Noyabr » 20 » Suya düşən telefonları necə çalışdırmaq olar?
Suya düşən telefonları necə çalışdırmaq olar?
21:08
Suya düşən telefonları necə çalışdırmaq olar?

 
Verilən məlumatlara görə, islanan telefonların içindəki su, havayla çox təmas etmədən sürətli bir şəkildə təmizlənə bilsə, cihazın yenidən çalışması mümkün ola bilir.
 

İstehsalçı firmaların, zəmanət əhatəsinə götürmədiyi islanma vəziyyətlərində istifadəçinin ilk olaraq cihaz işlək vəziyyətdədirsə dərhal söndürülməli, eyni riskdən ötəri cihazla batareyanın bir-birindən ayırılmasının ardından da SİM kartı çıxartması lazımdır. Bir çox vəziyyətdə cihaz islansa belə SİM kartlar işələyir.
 
 
Cihazın batareyası və SİM kartı çıxarıldıqdan sonra telefonu quru bir bezlə sürətli şəkildə qurulanması lazımdır. Cihaz içərisindəki nəmin təbii bir şəkildə buxarlaşması vəziyyətində telefonun işləmə ehtimalı daha çoxdur. Ancaq saç fenindən istifadə edilməməsi lazımdır. Telefon saç feni ilə qurudulduqda ana plata və lehimlərə zərər verə bilir. Qurulandığı halda içində hələ nəm olan cib telefonlarını tamamilə qurutmanın ən yaxşı yolu isə, düyü dənələri ilə dolu bir qabın ortasına qoyub ağızını bağlamaq və ən az bir gün gözləmək lazımdır. Düyü dənələri mühitdəki nəmi sürətlə özünə çəkə bilir. İstifadəçilərin saç fenləri, mikrodalğalı sobalar və birbaşa günəş işığından qaçmalıdırlar. Solvent tərkibli spirt, cihaz içindəki plastik əlaqələri əridə bilir. Bunun əvəzinə xırdavatçılardan alınan ''Denature'' spirt istifadə edilə bilər.
 
Telefonunu dənizə salanların, cihazı sudan çıxarıb bu səfər şirin suya (içməli suya) salmaları, daha sonra oradan da çıxarıb qurulamaları lazımdır. Çünki duzlu suyun tərkibindəki kristallar cihazın bəzi parçalarına zərər verə bilir. Bir çox istifadəçinin suya düşdüyü üçün işləməyən telefonlarını dəyişdirmək istəklərindən sonra istehsalçı firmalar, uzun bir müddətdir cihazın həm xaricinə həm də içinə zəmanət etiketləri yerləşdirməyə başladı. Su ilə təmas etdikləri zaman rəng dəyişdirən bu etiketlər sayəsində telefonun içini açmadan da suya düşdüyünü başa düşmək olar. Bir çox telefonun içində də gizli işarələr var. Bu işarələr telefon islandıqdan sonra xaricindəki etiket dəyişdirilsə belə cihazın islandığını müəyyən edə bilir.
 
Şərhlərinizi gözləyirik!
 
Baxılıb: 768 | Daxil edib: eylence | Reytinq: 0.0/0 |
Bütün şərhlər: 0
Şərhi yalniz qeydiyyatda olan istifadəçilər daxil edə bilər.
[ Qeydiyyat | Daxil ol ]

Xəbərlər təqvimi
«  Noyabr 2009  »
Bze Ça Çn Ca Şn Bz
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30
Axtarış
Saytın dostları
Statistika
Administrator Vüqar Məhərrəmov © 2025