Pew internet araşdırma mərkəzinin ABŞ`ın şərqindəki Pennsylvanya əyaləti universitetində etdirdiyi araşdırma, internet istifadə edən Amerika`lıların, 25 il əvvəliylə müqayisə edildiyində daha çox təklik çəkmədiyini ortaya qoyur.
2512 adamla edilən araşdırmada, təkləşdirdiyi və insanlar arası əlaqələri pozduğuna dair ittihamların əksinə, internet və yeni ünsiyyət texnologiyaları istifadəciləri daha da ictimailəşdirdiyi vurğulanır.
Araşdırmaya görə, cib telefonu və internetdəki Facebook kimi ictimailəşmə şəbəkələrini istifadə edənlər, internet və yeni ünsiyyət texnologiyalarından xəbərdar olmayanlara nəzərən insanlarla daha çox və müxtəlif əlaqə yaradır.
Araşdırmanı qələmə alan Keith Hampton və Lauren Sessions, "Etdiyimiz araşdırma, bu günki təklik nisbətinin, xalqın daha internet və cib telefonu istifadə etmədiyi 1985-ci ildəkindən fərqli olmadığını göstərir" dedi.
Professor Hampton, araşdırmanın, ictimai təklik və yeni texnologiya arasındakı əlaqəni araşdıran ilk araşdırma olduğunu söylədi.
Hampton, "İddia edilənin tam əksinə, araşdırma, internet və cib telefonu istifadə edənlərin əhəmiyyətli ictimai faydalar əldə etdiyini, Amerika cəmiyyətinin yalnız yüzdə 6`ının danışmaq üçün həmsöhbət tapa bilmədiyini və yüzdə 12`inin də sirdaşı olmadığını ortaya qoyur" deyə danışdı.
Hampton, araşdırmanın, elektronik mesaj yoluyla görüşənlərin daha çox ictimai əlaqələrə sahib olduqlarını göstərdiyini açıqladı.
İnternetin təmin etdiyi faydaları sıralayan araşdırmaya görə, internetdən istifadə edənlər fərqli irqdən insanlarla tanış olma fürsəti tapır.
İnternet istifadəçilərinin, istifadə etməyənlərdən daha çox park və kafelərə getdiyini ortaya qoyan araşdırmaya görə, insanlar ilin 210 gününü üz-üzə görüşərək keçirir.
Araşdırmada, Facebook və ya MySpace istifadə edənlərin qonşularıyla daha az görüşdüyü də təyin olundu.
Sizcə İnternetdən istifadə etmək təkliyi unutdurur?