Şənbə, 21.06.2025, 09:33
EylencE.UcoZ.CoM
| RSS

Saytın Menyusu
Bizim sorğu
Saytımıza hansı ərazidən daxil olursunuz?
Bütün cavablar: 723
Ana səhifə » 2009 » Avqust » 30 » ORUCUNUZU POZMADAN AĞIZ QOXUSUNDAN QURTULUN
ORUCUNUZU POZMADAN AĞIZ QOXUSUNDAN QURTULUN
14:14
ORUCUNUZU POZMADAN AĞIZ QOXUSUNDAN QURTULUN

Mütəxəsislər bu mənfi halı ortadan qaldırmağın mümkün olduğunu bildirib.

Pis ağız qoxusu həm oruc tutan insanı, həm də ətrafındakıları narahat edir. Amma mütəxəssislər, orucu pozmadan ağız qoxusunun qarşısını almağın, tüpürcəyi udmamaq şərtiylə dişləri fırçalamaqdan keçdiyini bildirib.

Diş həkimləri oruc tutarkən yaranan ağız qoxusundan qurtulmaq üçün diqqət edilməsi və yerinə yetirilməsi vacib olan qaydaları izah edib. Fizioloji baxımdan hər bir sağlam insanda, səhər yuxudan oyanarkən tənəffüs kanalında toplaşan qazlar və ya dil kənarında yaranan bakteriyalar səbəbi ilə ağız qoxusu meydana gəlir. Amma ağız qoxusunun 87%-i dildən və diş əti iltihabından qaynaqlanır.

Bu hal həkim tərəfindən aparılan ilk müayinədə asanlıqla aydınlaşdırıla bilir. Digər tərəfdən ağız qoxusu, ağciyər infeksiyalarının, şəkər, böyrək çatışmazlığı və metobolizmanın pozulması kimi xəstəliklərin xəbərcisidir.

Həkimlər orucu pozmadan ağız qoxusunu yox etmənin yollarını belə izah edib: “Oruc tutarkən yaranan ağız qoxusunun qarşısını almaq üçün dişləri fırçalamaq kifayətdir. Orucluykən diş fırçalamanın heç bir problem yaratmadığı din xadimləri tərəfindən də dəfələrlə təsdiqlənib. Orucluykən də udmamaq şərti ilə iftar və sahurda mütləq dişlərinizi fırçalayın. İftar və sahurda uyğun yeməklərə və içkilərə darçın qatın. Gecə yatarkən rahat nəfəs ala bildiyinizdən əmin olun və ağzın açıq yatmayın. Yemək yeyərkən loxmalarınızı yaxşı çeynəyin.

Fikirlərinizi bildirməyi unutmayın!!!
 
Baxılıb: 903 | Daxil edib: eylence | Reytinq: 0.0/0 |
Bütün şərhlər: 0
Şərhi yalniz qeydiyyatda olan istifadəçilər daxil edə bilər.
[ Qeydiyyat | Daxil ol ]

Xəbərlər təqvimi
«  Avqust 2009  »
Bze Ça Çn Ca Şn Bz
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Axtarış
Saytın dostları
Statistika
Administrator Vüqar Məhərrəmov © 2025