Yatmaq
istəyirəm sənsizliyimi yuxularımda itirmək üçün. Yata bilmirəm.. Səni
axtarıram yuxusuz gecələrimdə Darıxdırır məni yoxluğun. Yuxuları haram
etdim özümə. Səhərə qədər səni düşündüm. Həmişə yanımda olmağını
istədim və hər gecə sənsizliyə lənət etdim.

Unutmaq
istəyirəm,unuda bilmirəm. Göylərə, ulduzlara baxıram. Çox
bənzəyirsiniz. Səndə onlar kimi gözəl, cəlbedici, parlaq və
əlçatmazsınız..
Gəzmək istəyirəm sənsizliyimi yollarda itirmək üçün. Gəzdim, hər gəzdiyim yollarda ayaq izlərini gördüm..

Baxmaq
istəyirəm pəncərənə son dəfə. Ağaclar var idi. Ağacların altından
gizlincə baxışardıq səninlə. Dərdlərimi, cavabsız suallarımı ağaclarla
bölüşərdim. Keçirəm sizin küçədən. Yollar tanış,izlər tanış.
Sənsizlik.. Alışmışdım bu yerlərə, səsli, küylü məhləyə. Alışmışdım sən
gedəndən sonra ardınca səni izləməyə.
Zaman keçdikcə səni keçən günlərimizdəki xatirələrlə anacağam və səni heç bir zaman unutmayacağam..
Şərh yazmağı unutmayın!
|