Bazar, 22.06.2025, 10:06
EylencE.UcoZ.CoM
| RSS

Saytın Menyusu
Kataloqun bölmələri
Musiqi [25]
Video [4]
Sevgi [9]
Maraqlı məlumatlar [4]
Yeni Texnologiyalar [5]
İslam [0]
Proqramlar [3]
Bizim sorğu
Saytımıza hansı ərazidən daxil olursunuz?
Bütün cavablar: 723
Ana səhifə » Məlumatlar » Sevgi

Yuxuna gələcəyəm...
[ ] 20.11.2008, 19:19

Mən bu gecə sənin yuxuna gələcəyəm... qapını döymədən, barmaqlarımın ucunda sənin sirli və sehrli aləminə gizlincə daxil olacağam. Ehtiyatla, həssaslıqla gələcəm ki sənin yuxunu qaçirmayım, sənin hisslərinə mane olmayım. Mən dünyanı sənin gözlərinlə görəcəyəm bir gecə, sənin ağrılarını səninlə birlikdə hiss edəcəyəm, səninlə birlikdə sevinəcəyəm, səninlə birlikdə kədərlənəcəyəm. Səninlə birgə ağlayacağam, səninlə birgə güləcəyəm.

 

Sonra isə qəlbindəki bütün acıları, yaddaşındakı bütün inciklikləri siləcəyəm. Bütün dərdlərini özümə götürəcəyəm.

Onların əvəzinə sənə təbəssümümü bağışlayacam...ürəyini isitsin deyə!

Ürəyimin döyüntüsünü sənə verəcəm...yenidən sevməyi bacarasan deyə!

Yüngülcə dodaqlarına toxunacam,külək kimi...səmimiyyət nədir yadına salasan deyə!

Bir anlıq sənə sıxılacam...ümidini və inamını qaytara biləsən deyə!.

Səhərəcən sənin yuxunu qoruyacam sənə sakitlik bəxş edərək.

Sonra isə gülümsəyən, qayğısız sifətinə səssizcə, sevgiylə nəzər salaraq necə gəlmişdimsə eləcə də hiss etdirmədən çıxıb gedəcəyəm...mənsiz yaşaya biləsən deyə!

İnsan gündəlik həyatından gəlib keçənləri gecə yuxusunda bir daha yaşaya bilir deyirlər.İradəli adamlar hətta yuxularına da hakim ola bilir deyirlər. Yuxulariniza inanırsınızmı? Həyatınıza təsir edirmi yuxular?Yuxularınıza hakimsinizmı? Bəs başqalarının yuxularına hakim ola bilərsinizmi?
Şərh yazmağı unutmayın!!!
Bölmə: Sevgi | Əlavə edib: eylence
Baxılıb: 984 | Yüklənilib: 0 | Reytinq: 0.0/0 |
Bütün şərhlər: 0
Şərhləri ancaq qeydiyyatdan keçən istifadəçilər əlavə edə bilər.
[ Qeydiyyat | Daxil ol ]

Axtarış
Saytın dostları
Statistika
Administrator Vüqar Məhərrəmov © 2025