Cümə axşamı, 16.05.2024, 21:09
EylencE.UcoZ.CoM
| RSS

Saytın Menyusu
Kataloqun bölmələri
Musiqi [25]
Video [4]
Sevgi [9]
Maraqlı məlumatlar [4]
Yeni Texnologiyalar [5]
İslam [0]
Proqramlar [3]
Bizim sorğu
Saytımıza hansı ərazidən daxil olursunuz?
Bütün cavablar: 723
Ana səhifə » Məlumatlar » Sevgi

5 hərflik sevgi...
[ ] 26.11.2008, 18:50
Sevgi 5 hərflik sözdür. Amma uğrunda canlar verilən, dağlar dəlinən, hər cür əzablara dözüləndir. Nədir sevgi?

Əllə tutulmur, gözlə görülmür. Onu hiss edən yeganə varliq qəlbimizdir. Sevgi qəlbin sürətlə vurması, dilinsə ona inad susmasıdır. İçində tufanın qopması, vulkanın püskürməsi üzündəsə sadəcə məsum bir ifadədir. Gözlərdə baçlayan qığılcım sinələrdə tutuşdurduğu kiçik bir alov, sonraysa böyük bir tonqaldır sevgi. Həm canlandıran həm də yandıran. Bəzən gözlərimizdən axan iki damladır sevgi.İstək və həsrət dolu.... Bəzən dodaqdan çıxan iki kəlmə söz, bəzən siqaretdə közdür sevgi. Sən əlindəkini o da səni bitirir. Hər gecə yatağına uzandıqda qurduğun xəyallardır sevgi. Yaratdığın ümidlər və etdiytin dualardır. Hərdən uğrunda ölmək hərdən uğruna yaşamaqdır sevgi. İstidə donmaq, soyuqda yanmaqdır sevgi. Hər an onunla yaşamaq,onsuz olsan belə onunla olmaqdır sevgi. Sevgi 5 hərfə bütün dünyanı sığdırmaqdır. Günəşi bir əlində, ayı digər ovcunda tutmaqdır. Qəlbinə yalnız onun möhrünü vurmaqdir. Gözlərinə dağ basıb ondan başkasına kor olmaq, baxdığın hər yerdə onu görmək, qulaq verdiyin hər səsdə onu dinləmək, könlü xoş olsun deyə onun üçün gülmək, içində ağlamaqdır sevgi. Baxışlarınla səni sevirəm deyə bilmək, kömür kimi közərsən də, hirsini boğub sakitcə sönmək, köksündə bir ürək kimi döyünməkdir sevgi. Sevgi laldır,sevgi səssızdir, o, həm damladır, həm də dənizdir. Bilmirəm nədir sevgi.Amma onu bilirəm ki, o, həm səninlədir, həm də səssisdir. Qəlbimizə qoyulan dəri bir izdir sevgi. Sevgi sadəcə bizə aid olan və heç bir riyazi məntiqə sığmayan

1+1=1

bərabərsizliyinin həllidir və dəyişməzdir. Mən bircə onu bilirəm ki, sevgi bizim oz əlimizdədir. Onu yaşatmaq, böyütmək.....
SEVGİ MÖVCUDDUR VƏ HƏR BİRİMİZ ONA MÖHTACIQ.....
Şərh yazmağı unutmayın!
Bölmə: Sevgi | Əlavə edib: eylence
Baxılıb: 1288 | Yüklənilib: 0 | Reytinq: 0.0/0 |
Bütün şərhlər: 0
Şərhləri ancaq qeydiyyatdan keçən istifadəçilər əlavə edə bilər.
[ Qeydiyyat | Daxil ol ]

Axtarış
Saytın dostları
Statistika
Administrator Vüqar Məhərrəmov © 2024